“İşdən çıxarılmamışam, məzuniyyətdəyəm” – Elton Məmmədov

“İşdən çıxarılmamışam, məzuniyyətdəyəm” – Elton Məmmədov

Keçmiş deputat, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər idarəsinin müdri Elton Məmmədovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb.

Xatırladaq ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin AMEA prezidenti postuna gətirilməsindən sonra keçmiş deputata vəzifə verməsi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş, Elton Məmmədov keçmiş nəqliyat naziri Ziya Məmmədovun qardaşı olduğundan hakimiyyətdən "vurulmuş" oliqarxiyanın Mehdiyevin təşəbbüsü ilə yenidən təşkilatlanması kimi şərhlərə yol açmışdı.

Elton Məmmədov "AzPolitika.info"-ya açıqlamasında məzuniyyətdə olduğunu bildirib. Qeyd edib ki, hazırda AMEA-nın İşlər idarəsinin müdiridir. O, işdən çıxarılması ilə bağlı yayılan xəbərin doğru olmadığını bildirib.

Mənbə: azpolitika.info