Milli Məclisin sədrinin Rusiya səfəri - VİDEO

Milli Məclisin sədrinin Rusiya səfəri - VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprel ayının 15 və 16-sı Rusiyanın Sankt Peterburq şəhərində səfərdə oldu.

Səfər çərçivəsində Milli Məclisin sədri “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda Beynəlxalq konfransda iştirak etdi.

Qeyd edək ki, Rusiyanın Sankt Peterburq şəhərinə səfəri zamanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiya Federasiyasının Federasiya Şurasının sədri Valentina Matviyenko, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Moldova Parlamentarilərilə iki tərəfli görüşlər keçirdi, MDB PA-nın Yaz sesiyasında iştirak etdi.

 

Mənbə: www.realtv.az