Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Yelisey sarayının Fransa liderinin Ukrayna prezidenti Volodimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə əsasən rəsmi məlumatında bildirilir.

"Fransa Respublikasının prezidenti yaxın vaxtlarda prezident Vladimir Putinlə danışıqlar aparacaq", - bəyanatda deyilir.

Ukrayna lideri ilə danışıqlara gəlincə, Fransa prezident administrasiyası bildirib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında liderdir

SONRAKI XƏBƏR

Usama Rabia: "Süveyş kanalı təhlükəsizdir"