Con Kerri Cənubi Koreyaya səfər edib

Con Kerri Cənubi Koreyaya səfər edib

ABŞ Yaponiyanın radioaktiv suyun axıdılması planına müdaxilə etmək fikrində deyil.

REAL xəbər verir ki, bunu Cənubi Koreyaya səfər edən ABŞ-ın İqlim üzrə Xüsusi Elçisi John Kerry bu ölkənin xarici işlər naziri Chung Eui-yong ilə keçirdiyi görüşdən sonra Seulda jurnalistlərə vediyi açıqlamasında söyləyib.

O, ABŞ-ın MAQATE və Yaponiyaya güvənərək bu ölkənin Fukusima su anbarından suyun axıdılması qərarında çox şəffaf olduğuna inandığını söylədi.

Con Kerri həmçinin kömürdən istifadə ilə bağlı məsələrnin də diqqətdə olduğunu bildirdi. O Çinin kömürdən istifadəni azaltmalı olduğunu qeyd etdi.

Qeyd edək ki, Çin daha əvvəl 2030-cu ildə karbon dioksid emissiyasında əhəmiyyətli irəliləyişə nail olmaq və 2060-cı ildə karbon neytrallığına çatmaq üçün hədəflərini elan etmişdi.

 

Mənbə: www.realtv.az