Putin təzyiqlərə təslim olmayacaq - Puşkov

Putin təzyiqlərə təslim olmayacaq - Puşkov

ABŞ və Rusiya prezidentləri arasındakı görüş elə də yaxşı perspektiv vəd etmir və bunun hansı fayda verə biləcəyi də məlum deyil.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

 

Onun sözlərinə görə, Bayden görüşdə Putinlə güc mövqeyindən danışmağa cəhd edəcək:

“Heç bir nəticə çıxmayacaq. Putin təzyiqlərə təslim olmayacaq. Obamanın 2013-cü ildə G8 zirvəsində Suriya ilə bağlı Putinə təzyiq göstərmək cəhdini xatırlayın. Bayden də bu yoldan getsə, görüş uğursuzluqla nəticələnəcək”.

Mənbə: konkret.az