Navalnının həkimindən ŞOK AÇIQLAMA: Hər an ölə bilər

Navalnının həkimindən ŞOK AÇIQLAMA: Hər an ölə bilər

Martın 31-dən bəri aclıq aksiyası keçirən Rusiya müxalifətin lideri Aleksey Navalnının lazımi tibbi dəstəyi ala bilməməsi səbəbiylə hər an ölə biləcəyi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə 44 yaşlı Navalnının test nəticələrini araşdıran həkimi məlumat verib.

Həkim bildirib ki, onun ürəyi hər an dayana və ölümlə üzləşə bilər. Eyni zamanda, Navalnının həkimlərinə həbsxanada onunla görüşməsinə icazə verilmir.

Rusiyalı müxalif belində disk yırtığnın olduğunu və ağrı səbəbindən əllərində də hissiyyatı itirməyə başladığını deyib.

Qeyd edək ki, A.Navalnı Moskvanın şimal-şərqində Vladimir bölgəsindəki sərt nəzarətlə tanınan bir həbsxanada saxlanılır.

Akqabay

Mənbə: publika.az