“Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı

Küveytin gündəlik “Kuwait Times” qəzetində dünyanın aparıcı media qurumlarından olan “FrancePress” informasiya agentliyinə (AFP) istinadən Qarabağ və ətaf rayonlardan Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş insanların keçdikləri çətin həyat və onların bu illər ərzində öz doğma torpaqlarına qayıtmaq həsrətləri ilə yaşadıqları və nəhayət işğal olnumş torpaqların azad edilməsindən sonra onların öz evlərinə qayıtmaq şansının yarandığı barədə məlumat dərc olunub.

Modern.az xəbər verir ki, məlumatda Zəngilan rayonundan köçkün düşən Rəmziyə Şərifovanın birinci Qarabağ müharibəsi zamanı 8 nəfərlik ailə üzvü ilə birlikdə çaydan keçərək İrana qaçmağa məcbur olduqları və daha sonra Bakı şəhərindəməskunlaşaraq, çətin həyat keçirmələri təsvir olunub. Qeyd edilib ki, təxminən 30 il sonra nəhayət onlar evlərinə qayıtmağı planlaşdırırlar. 47 yaşlı kitabxana işçisi 1990-cı illərin əvvəllərində Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağ bölgəsindən və ətrafdakı bir neçə rayondan qaçan 750.000 azərbaycanlıdan biridir.

Bundan əlavə məqalədə işğaldan öncə əsasən azərbaycanlıların yaşadığı Kəlbəcər rayonunun sakini, Qaçqınlar və Məcburi köçkünlər üzrə Dövlət Komitəsində dövlət qulluqçusu olaraq çalışan 41 yaşlı Ramil Hüseynovun öz dədə-baba torpağına qayıtmaq arzusu, Azərbycanın mədəniyyət beşiyi Şuşa şəhərindən 30 il əvvəl qaçmazdan əvvəl şəhər xəstəxanasında baş həkim olan 73 yaşlı Ramiq Məhərrəmovun Şuşanın azad edilməsi xəbərini necə ifadəolunmaz sevinc hissi ilə qarşılaması kimi məlumatlar əks olunub.

Bildirilib ki, ötən ilin 10 Noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasından Ermənistan Kəlbəcəri döyüşsüz geri qaytarmağa məcbur oldu, Lakin təəssüflər olsun ki, Azərbaycanın onlara vaxt verməsinə baxmayaraq şəhəri tərk edən ermənilər yaşadıqları evləri yandırır, yolları dağıdır və ağacları kəsərək təbiətə ciddi ziyan vururdular.

Şuşa sakini R.Meherremov Noyabrdakı atəşəkəs razılaşmasından sonra Şuşaya qısa bir səfər edə bilib, ancaq evinin və bir neçə qonşusunun evinin yerlə yeksan edildiyini görüb.

Keçən ilki qarşıdurma zamanı Azərbaycan silahlı qüvvələri Şuşa şəhərini azad edəndə mühüm strateji və simvolik bir qələbə qazandılar. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyi hesab edilir.1990-cı illər müharibəsindən əvvəl Şuşa müsəlman azərbaycanlılar və xristian ermənilər tərəfindən istifadə olunan çoxəsrlik məscid və kilsələrin, mədəniyyət və memarlıq abidələrinin yerləşdiyi gözəlliyi ilə məşhur idi.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan Hökuməti işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa işlərinəartıqbaşlamışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu işlərə milyardlarla dollar vəsait ayıracağını açıqlamışdır.

 

Modern.az

ƏVVƏLKİ XƏBƏR

"Qazaxıstanın Venesiyası"na quşbaxışı nəzər – video

SONRAKI XƏBƏR

Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək