Belçika Hörmüz boğazına hərbi gəmi göndərdi

Belçika Hörmüz boğazına hərbi gəmi göndərdi

Eastnews.org-un verdiyi xəbərə görə, Belçika "Leopold" adlı hərbi gəmisi Fars körfəzində qurulan Fransa rəhbərliyindəki dəniz koalisiyasına qoşulub.

Belçika Dəniz Qüvvələri verdiyi açıqlamada sözügedən gəminin Fransa hərbi gəmiləri ilə birgə yük gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin edəcəyini bildirib.

Fransa 2019-cu ildə tankerlərə edilən bir neçə hücumdan sonra Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün dəniz koalisiyası qurmuşdu.

 

Mənbə: eastnews.org