Abrahamyandan Paşinyana: “Sizin təyin etdiyiniz komandir heyətidir, kimə minnət vurusunuz?”

Abrahamyandan Paşinyana: “Sizin təyin etdiyiniz komandir heyətidir, kimə minnət vurusunuz?”

 

“Hesab edək ki, hakimiyyət şərti olaraq birini otuzduraraq, digərini güllələyərək, üçüncünü sona qədər alçaldaraq dövlətin devrilməsini ordunun və onun komandanlığının üzərinə “atmağı” bacarıb”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan yazıb.

“Məgər bununla məsuliyyətin və günahkarlığın altında çıxmaq mümkün olacaq? Bu suala cavab vermək üçün 3 il geri getmək və ordu komandanlığının kimlər olduğunu, onları kiminlə əvəz etdiklərini görmək lazımdır. Qısa desək, Silahlı Qüvvələrin komandanlığı, Müdafiə naziri və onun müavinləri, Təhlükəsizlik Şurasının katibi kimin qərarı ilə təyin olunub? Sizin təyin etdiyiniz komandir heyətidir, müdafiə sahəsinə sizin təyin etdiyiniz cavabdehlərdir, sahədə sizin yürütdüyünüz siyasətdir, kimə minnət vurusunuz?”, - deyə qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az