Xaçik Asryan: "Hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ Ermənistana birləşməlidir"

“Ermənistanın növbəti milli-xristian hökumətinin tam qurulmasından və beş il ərzində hərbi-sosial dövlətin formalaşmasından sonra “Artsax Respublikası” (Dağlıq Qarabağ – red) Ermənistana birləşmək təklifi ilə rəsmi müraciət etməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Erməni Qartalları” sədrinin milli proqramında deyilir. Proqramın müəllifi Xaçik Asryan bildirir ki, “Ermənistan Respublikasının ali hakimiyyət orqanlarının ciddi təşkilati işlərindən sonra bütün Dağlıq Qarabağ əhalisi azad, ədalətli, tarixi referendumla bu ölkəyə birləşəcək. Diqqətdən qaçıərmayaq ki, planetdə baş verən qlobal geosiyasi dəyişikliklərə görə, dünya supergücləri və beynəlxalq təşkilatlar artıq millətlərin öz müqəddəratlarını təyin etmələrini deyil, dövlətlərin ərazi bütövlüyünü öz prioritetlərinə çevirdilər. Bu səbəbdən də növbəti milli-xristian hökumətinin qurulduğu Ermənistan daim ərazi bütövlüyündən danışacaq.

 

Bütün Artsaxın birləşməsindən dərhal sonra Ermənistanın ali gücü erməni tarixi torpaqlarını azad etməyə və Ermənistanı yenidən birləşdirməyə başlamalıdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

İsrail maska qadağasını ləğv etdi - Türkiyə və Hindistanda yoluxma və ölüm sayı artır

SONRAKI XƏBƏR

İran XİN Səudiyyə Ərəbistanı ilə danışıqlar barədə açıqlama verdi