İsrail ABŞ-ın İranla razılaşacağını düşünür

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail kəşfiyyatının Vyanada davam edən nüvə sazişi danışıqları nəticəsində ABŞ-ın İranla nüvə sazişinə qayıdacağına inandığı iddia edilib.

ABŞ-da yerləşən "Axios" saytından Barak Ravidin Vyanadakı danışıqlar ilə bağlı brifinqdə iştirak edən iki İsrail rejimi rəsmisinə istinadən verdiyi xəbərə görə, ABŞ İranla nüvə sazişinə qayıtmağa yaxındır.

Məlumata görə, israilli rəsmilər ilə MOSSAD-da fəaliyyət göstərən bəzi yüksək vəzifəli şəxslər Vyanada davam edən İran danışıqları nəticəsində ABŞ-ın 2015-ci ildə imzalanan nüvə sazişinə qayıtması gözlənildiyini İsrail rejiminə çatdırıblar.

Brifinqdə kəşfiyyat rəsmilərinin İsrail rejiminin Vyana danışıqlarının mümkün nəticələrinə hazırlaşması üçün lazımi məlumatları çatdırdığı qeyd edilib.

Adı açıqlanmayan rəsmilərdən biri məsələ ilə əlaqədar "ABŞ və digər əlaqədar ölkələrin bir neçə həftə ərzində İranla saziş imzalaması bizi təəccübləndirməyəcək", - deyə dəyərləndirmə edib.

ABŞ-ın İranla nüvə sazişinə qayıtmasından narahatlığını dilə gətirən Təl-Əviv rejimi prosesin əvvəlindən Co Bayden rəhbərliyindən Tehrana qarşı təzyiqləri azaltmamasını istəyir.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

SON DƏQİQƏ: Azərbaycanda bu qadağa LƏĞV EDİLİR / COVID-19

SONRAKI XƏBƏR

Sürücünün başına şok hadisə gəldi - Başqasının cəriməsi ona yazıldı - VİDEO