Rusiya çexiyalı diplomatları ölkədən qovur

Rusiya çexiyalı diplomatları ölkədən qovur

Rusiya ilə Çexiya arasında gərginlik davam edir.

Moskva Çex Respublikasının 20 diplomatının deportasiya ediləcəyini açıqlayıb.

Xatırladaq ki, şənbə günü Çexiya da 18 rus diplomatı kəşfiyyat fəaliyyəti ilə əlaqədar qovub. Çexiya diplomatları 2014-cü ildə ölkədəki silah-sursat anbarında baş verən partlayışda iştirak etməkdə günahlandırır. Rusiya isə bu iddiaların “əsassız və absurd” olduğunu bildirir. Moskva Çex diplomatlarına ölkəni tərk etmək üçün 1 gün vaxt verərkən Çexiya rus diplomatlara 72 saat vaxt verib.

Mənbə: pia.az