Ermənistanın Argentinadakı səfiri ölkəsinə qayıtmaqdan imtina edib

Ermənistanın Argentinadakı səfiri ölkəsinə qayıtmaqdan imtina edib

Ermənistanın Argentinadakı səfiri Ester Mkrtumyan vəzifəsini tərk etməzdən əvvəl Argentinada başqa iş tapıb ki, təki Ermənistana qayıtmasın. Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus “Mediaport” teleqram kanalının Ermənistan XİN-dəki mənbələrinə istinadən yayıb.

Bildirilir ki, o, indi hava limanında işə keçib.

Beynəlxalq münasibətlərdə bu, Ermənistanın nüfuzunu ləkələyən biabırçı bir addım olsa da, Ermənistan XİN-dəki mənbələrin məlumatına görə, 2018-ci ildən sonra bu, kifayət qədər yayılmış praktikadır: səfirlərdən bir çoxları vəzifələrindən azad edildikdən sonra ölkədə yaranmış ədalətsizlik, sosial problemlər səbəbindən sadəcə qayıtmaqdan imtina edirlər.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az