Karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA

Karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA

Son günlər koronavirusa yoluxanlarla yanaşı ölənlərin sayında da artım müşahidə olunur. Belə ki, gündəlik koronavirusdan ölənlərin sayı 30-dan çox olur. Bu da karantin rejimində yenidən sərtləşmələrin olma ehtimalı ilə bağlı fikirləri ortaya çıxarır. Azərbaycanda karantin rejimi yenidən sərtləşə bilərmi?

Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, bu gün karantin rejimi ilə bağlı hansı addımların atılacağı ilə əlaqədar konkret fikir səsləndirmək çətindir: "Bu gün biz pandemiyanın 3-cü dalğasının pik həddini yaşayırıq. Hazırda xeyli insan yoluxub. Bu da imunitet formalaşması üçün insan sayının artması deməkdir. Əgər epidemioloji vəziyyət bu cür davam edərsə xüsusi sərtləşməyə ehtiyac qalmayacaq. Amma yoluxanların sayında artım davam edərsə karantin rejimində sərtləşmə ola bilər".

Aysel Yusifqızı

 

 

Mənbə: sonxeber.az