Fransa ilə ticarət sazişi niyə dondurulub?

Fransa ilə ticarət sazişi niyə dondurulub?

"Fransa kütləvi informasiya vasitələri bir neçə gündür işğaldan azad edilmiş rayonlara investisiya qoyulmasında maraqlı olduqlarını bildirirlər. Fransız biznesmenlər bu ölkənin payızdakı müharibədə tutduğu mövqenin onların iqtisadi maraqlarına cavab vermədiyini qeyd edirlər". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, bəzi mənbələrdən verilən məlumatlara görə Makron hökuməti Azərbaycan ilə iqtisadi münasibətlərin düzəlməsi üçün Bakı ilə aktiv dialoqa cəhd göstərir: "Qeyd edim ki, Azərbaycan son zamanlar Fransa ilə bir sıra ticarət sahələrində sazişlər imzalamışdı. 44 günlük müharibədə Makronun davranışından sonra Bakı həmin alış- verişi dondurub".

Mənbə: olaylar.az