Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

“Report”un xəbərinə görə, saziş üç il müddətinə bağlanıb.

Sənəddə qeyd edilib ki, tərəflərin müqaviləni ləğv etmək niyyəti barədə ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada koronavirusun iki yeni forması tapılıb

SONRAKI XƏBƏR

Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı SƏRƏNCAM