Lapşin Qafandan yazır: “Azərbaycanlılar alış-veriş etmək üçün mütəmadi şəkildə şəhərə səfər edirlər”

Lapşin Qafandan yazır: “Azərbaycanlılar alış-veriş etmək üçün mütəmadi şəkildə şəhərə səfər edirlər”

Tanınmış təxribatçı bloger, jurnalist Aleksandr Lapşin artıq iki gündür ki, Ermənistanın Sünik vilayətinin Qafan şəhərindədir. Ordu.az-ın məlumatına görə, o, sosial şəbəkə səhifəsində yazıb ki, Qafan sanki türistlər tərəfindən Ermənistanın düzgün qiymətləndirilməmiş şəhərlərindən biridir.

“Mən son Qarabağ müharibəsini və yeni sərhədi nəzərə alaraq yerli sakinlərdən soruşdum ki, məgər Qafanda hər şey sakitdir? Onlar deyirlər ki, bəli, sakitdir”, - deyə o qeyd edib.

Lapşin bildirib ki, azərbaycanlılar mütəmadi şəkildə Qafana səfər edirlər.

“Azərbaycanlılar mütəmadi şəkildə şəhərə səfər edirlər, lakin rus sülhməramlıların müşayiəti ilə alış-veriş etməyə gəlirlər və əlbəttə, istədikləri yerə gedə bilməzlər...”, - deyə o yazıb.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az