Rusların "Bayraqdar" travması - Animasiya ilə vurdular - VİDEO

Rusların "Bayraqdar" travması - Animasiya ilə vurdular - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın Kalaşnikov şirkətinin nəzdindəki ZALA AEROP Türkiyənin “Bayraqdar” PUA-larına qarşı “havada mina” sistemini yaradıb.

KONKRET.az xəbər verir ki, iddiaya görə, Rusiyanın “Lancet” adlı kamikadze dronları “mina sahəsi” əmələ gətirərək, uçuş cihazlarını o cümlədən Bayraktar TB2 pilotsuz aparatlarını məhv edə bilər. Bu barədə Rusiyanın 1-ci telekanalı süjet hazırlayıb.

Süjetdə animasiya filmi də təqdim edilib. Animasiyada Rusiyanın kamikadze dronunun Türkiyənin “Bayraqdar” PUA-sını vurduğu əks olunur.

Qeyd edək ki, türkiyəli ekspert Abdullah Ağar rusların kamikadze dronlarının nə dərəcə effektiv olduğunun hələ bilinmədiyini qeyd edib. Ağar bildirib ki, ruslar “Bayraqdar”ın uğurundan “travma” alıblar və buna görə çıxış yolları axtarırlar.

Mənbə: konkret.az