Senor Hasratyan: "Bu gün general adı Ermənistanda artıq yüksək deyil, sadəcə adi bir rütbədir"

“Vaxt var idi ki, Ermənistan ordusunun generalı dəyərli idi – məzmun baxımından və əlçatmaz yüksəklikdə olan rütbə idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri polkovnik Senor Asratyan bildirib.

O, fikrini belə əsaslandırıb:

“Erməni “general” sözü ilə müharibəni, keçdiyi yolu və nəhayət, avtoriteti nəzərdə tuturdu. Ancaq elə vaxt gəldi ki, by gün erməni üçün general sözü adi bir sözdür. Keçdiyi yol xüsusi deyil, adi anlamda başa düşülür. Hətta bu rütbə özü-özlüyündə haqsız tənqid hədəfinə çevrildi. Bu gün bir general artıq hərbi peşə seçmiş hər kəsin çalışmalı olduğu bir yüksəklik deyil, sadəcə insanların üstünlük verdiyi bir ad olub. Bu, belədir, çünki keçmişdə general zəfərlərinə və Vətənə xüsusi xidmətlərinə görə qiymətləndirilirdi. Bu gün isə general adı məğlubiyyətlərlə yanaşı çəkilir”.

Rəsmiyyə Şərifova

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Rusların "Bayraqdar" travması - Animasiya ilə vurdular - VİDEO

SONRAKI XƏBƏR

“Tottenhem” Joze Mourinyonu istefaya göndərib