Suriya Rusiyaya görə ABŞ-ı qınadı

Suriya Rusiyaya görə ABŞ-ı qınadı

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ABŞ və NATO tərəfindən Rusiya sərhədlərinə daha çox hərbi qüvvə göndərilməsini qınayaraq, bunun beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir təhdid olduğunu bildirib.

Suriya Xarici İşlər Nazirliyindən rəsmi bir mənbə dünən verdiyi açıqlamada ABŞ eskalasiyasının bu addımlarının hegemonluğun bütün dünyaya yayılması siyasətinə uyğun olaraq, özlərinə tabe etmək cəhdində məcburiyyət tədbirlərinin görülməsilə yanaşı, digər dövlətlərin daxili işlərinə kobud müdaxiləni əks etdirdiyini vurğulayıb.

Mənbə, həmçinin bildirib ki, Suriya beynəlxalq münasibətlərdə bu ABŞ yanaşmasını rədd edir, ABŞ-ın düşüncəsiz siyasətinə görə dost Rusiya Federasiyasına öz milli təhlükəsizliyini qorumaq, regionun və dünyanın sülh və sabitliyini təhdidlərdən müdafiə etmək üçün gördüyü bütün tədbirlərdə Suriya mütləq həmrəyliyini dilə gətirir.

Mənbə: eastnews.org