Politoloq: “Ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyası boşboğazların diskussiyasından başqa bir şey deyil”

"Hərbi qənimətlər parkı ilə bağlı ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyası boşboğazların diskussiyasından başqa bir şey deyil. Yaxşı olardı kı, ermənilər öz tarixlərinə baxsınlar. Çox sadalamayacam, təkcə Soqomon Teyliryana Şirakda ucaldılan abidə kifayətdir. Həmin heykəlin ayağının altında Tələt Paşanın kəsilmiş başı təsvir edilmişdir. Dünyanın hansı ölkəsində ayaqları altında kəllə olan ikinci belə bir abidə və heykəl var? Heç yerdə". Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov hərbi qənimətlər parkına qarşı ermənilər tərəfindən aparılan kampaniyanı şərh edərkən deyib. Politoloq əlavə edib ki, Fransa da, yaxşı olardı dönüb öz tarixinə baxsın: "Azərbaycan Fransadan fərqli olaraq öz torpaqları uğrunda öz ərazisində müharibə aparıb. Amma Fransa min kilometrlərlə uzaq ərazilərdə işğalçılıq siyasəti apararaq bir çox xalqlara qarşı soyqırımlar, qətliamlar törədib. Yaxşı olardı kı, fransızlar Parisdə öz torpaqları uğrunda Fransa işğalına qarşı mübarizə aparmış Afrika xalqlarının kəllələrinin niyə muzeydə nümayiş etdirdiklərinə aydınlıq gətirsinlər. Parisdəki İnsan muzeyində 19-cu əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin kəllə sümükləri nümayiş etdirilir. O ki, qaldı Eduard Limonova. Hümanizm və bəşəri dəyərlər haqqında Rusiyada danışa biləcək ən axırıncı adamlardan biri elə odur. Bu ölkədə qeyri - rusların öldürülməsində xüsusi fəallıqları ilə seçilən "skinxet"lərin fəaliyyəti məhz qatı faşist ideologiyasının daşıyıcısı olan Limonov və digərlərinin təşkilatçılıqları ilə baş tutduğu hər kəsə məlumdur. Atalar yaxşı deyib- "it hürər, karvan keçər". Bizim qələbəmizi həzm edə bilməyənlər o qədər hürsünlər ki, nə fayda... Qarabağ Azərbaycandır!"

 

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Məşhurlar yeni doğulan qızlarının FOTOsunu paylaşdılar

SONRAKI XƏBƏR

Avtomobil Yolları Dövlət Agentliyindən “Zəngəzur dəhlizi” ilə bağlı AÇIQLAMA