Qasparyan oktyabrın 10-da qapalı iclasda Paşinyana nə deyib?

Qasparyan oktyabrın 10-da qapalı iclasda Paşinyana nə deyib?

“Onik Qasparyan - Nikol Paşinyan mübahisəsi yeni inkişaflar alır. Nikol cəmiyyəti bir daha aldatmaq üçün Təhlükəsizlik Şurasının gizli protokollarını nəşr edir”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan yazıb.

“Qasparyan bunların qısa hissələr olduğunu iddia edir. O, səsyazmaların tam şəkildə nəşr olunmasını tələb edir.

Nikol deyir ki, Qasparyan guya müharibəni təcili şəkildə dayandırmaq barədə ona xəbərdarlıq etməyib. O, bu barədə vaxtilə özü mətbuatda müsbət cavab verdiyini unudub.

Bundan başqa, o, oktyabrın ilk 10 günlüyündə parlamentdən kənar qüvvələrlə görüşərkən birbaşa mətnlə dediyini, Baş Qərargah rəisinin siyasi həll tapmağı və müharibəni dayandırmağı tələb etdiyini unudub.

Nikol nə istəyir? Görünür kimsə ona xatırladır: bu xalqı istədiyin qədər aldada bilərsən”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az