WSJ: Bayden generalların rəyinə qarşı Əfqanıstandan qoşunlarını çıxaracaq

WSJ: Bayden generalların rəyinə qarşı Əfqanıstandan qoşunlarını çıxaracaq

ABŞ Müdafiə naziri Lloyd Oustin prezident Co Baydenə amerikalı hərbi qulluqçuların Əfqanıstandan çıxarılması ilə bağlı orduda fikir ayrılığı yaranması barədə məlumat verib. Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, ABŞ-ın Baş Qərargah rəisi Mark Milli, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) komandiri general Kennet Mekkenzi və Əfqanıstandakı Amerika Birləşmiş Ştatları və NATO qüvvələrinin komandiri, general-leytenant Skott Miller də Əfqanıstandan amerikalı hərbi qulluqçuların çıxarılmasına qarşı çıxıblar.

Nəşrin məlumatına görə, onlar düşünür ki, amerikalı əsgərlərin geri çəkilməsi bölgədəki vəziyyəti ağırlaşdıracaq və yeni silahlı qarşıdurmaya səbəb olacaq.
 

 

Mənbə: ordu.az