Bu ölkəyə xarici vətəndaşların giriş-çıxış qadağası LƏĞV EDİLDİ

Belçika hökuməti Covid-19-un üçüncü dalğası ilə mübarizə aparmaq üçün 27 yanvar tarixindən bəri tətbiq etdiyi məcburi olmayan səyahət məhdudiyyətlərini aradan qaldırıb.
Metbuat.az xəbər verir ki, məhdudiyyətə əsasən, Belçikaya daxil olan və ya çıxmaq istəyənlər səyahətlərinin mütləq lazım olduğunu sübut etməli idilər.

Qadağa çərçivəsində Belçika, Avropa Birliyindən (AB) və Şengen ölkələrindən ölkəyə girmədən əvvəl "şərəf bəyannaməsi" doldurulmalı və səfərin məqsədi burada göstərilməli idi.

Burada məcburi işgüzar səyahətlər, baxıma ehtiyacı olan bir şəxsə yardım, təhsil üçün səyahətlər, xəstəlik və ya bir qohumunun ölümü kimi ailə səbəbləri, müxtəlif ölkələrdə yaşayan, qonşu bir ölkədə yaşayan və sərhəddən keçmək məcburiyyətində qalan valideynlərin uşaqlarını ziyarət etmək kimi lazımi məlumatlar qeydə alınırdı.

Amma alınan son qərardan sonra, Avropa ölkələrindən Belçikaya daxil olanların və ya ölkədən çıxmaq istəyənlərin səyahətlərinin mütləq lazım olduğunu sübut etmək gərəkli olmayacaqdır.
Buna baxmayaraq Belçika hazırda Avstraliya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Tayland və Ruanda xaricində bütün ölkələrə müvəqqəti səyahət məhdudiyyətləri tətbiq etməyi davam edir.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

“Apple” şirkətinin virtual reallıq şleminin təfərrüatları açıqlanıb

SONRAKI XƏBƏR

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi