İran və Səudiyyə arasında görüş təsdiqləndi

İran və Səudiyyə arasında görüş təsdiqləndi

Eastnews.org-un verdiyi xəbərə görə, iraqlı yüksək vəzifəli bir şəxs Səudiyyə Ərəbistanı və İran rəsmilərinin Bağdadda diplomatik münasibətləri bərpa etmək üçün danışıqlar apardığı iddiasının təsdiqləndiyini bildirib.

Adını açıqlamayan İraq Baş Nazirliyindən rəsmilərdən biri "Al-Araby Al-Jadeed" qəzetinə verdiyi açıqlamada iclasın 10 gün əvvəl İraq Milli Təhlükəsizlik müşaviri Qasim əl-Ərəcinin nəzarəti altında və İraq Baş Naziri Mustafa əl-Kazıminin dəstəyilə təşkil edildiyini qeyd edib.

Nazirlik rəsmisi "Tərəflər bir məsələ barədə mübahisə etmək əvəzinə, fikirlərini istiqamət axtarmağa cəmləşdirdiyi üçün görüş səmimi keçdi. İraq burada vasitəçilik rolunu oynamaq istədi, çünki hökumət təhlükəsizlik baxımından iki ölkə arasındakı gərginliyin ciddiliyinin fərqindədir", - deyib.

Xatırladaq ki, bir müddət öncə İngiltərənin "Financial Times" qəzeti üç rəsmi şəxsə isnadən verdiyi xəbərdə İran və Səudiyyə rəsmilərinin 5 ildən sonra diplomatik münasibətləri yenidən başlatmaq üçün birbaşa görüşdüklərini iddia etmişdi.

Mənbə: eastnews.org