Vaksinasiya İsraildə COVID-19-a yoluxmaların sayını kəskin azaldıb

İsrailli tədqiqatçılar ölkədə həyata keçirilən kütləvi vaksinasiya strategiyasının effektiv olduğunu təsdiq ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, 2021-ci ilin fevral-mart aylarında ölkədə yaşlılar və gənclər arasında yeni yoluxma sayları kəskin şəkildə azalıb.

“Vaksinasiyanın başlamasından iki ay sonra yoluxmaların sayı 77 faiz, ağır COVID-19 hallarının sayı isə 67 faiz azalıb”, – tədqiqatçılar yazır.

İsrail dünyada kütləvi vaksinasiyaya ilk başlamış ölkələrdən biridir. Hazırda İsraildə 5,35 milyon nəfərə peyvəndin birinci, 4,97 milyon nəfərə isə hər iki dozası vurulub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana gübrə idxalı artıb

SONRAKI XƏBƏR

Borrell: "Rusiya ilə münasibətlər müsbət istiqamətdə inkişaf etmir"