İsrail və Yunanistan müdafiə sazişi imzalayıb

İsrail və Yunanistan müdafiə sazişi imzalayıb

İsrail və Yunanistan müdafiə sazişi imzalayıb. İsrail birgə hərbi təlimlərə başladıqlarını və bu müqavilənin iki ölkə arasındakı siyasi-iqtisadi əlaqələri gücləndirəcəyini bildirib.

İsrailin Müdafiə Nazirliyinin bildirdiyinə görə, müqavilədə İsrailin Elbit Systems hərbi podratçısının 22 il ərzində Yunanıstan Hərbi Hava Qüvvələri üçün təlim mərkəzinin yaradılması və istismarına xərclənəcək 1.65 milyard dollarlıq anlaşma yer alır.

Nazirlik təlim mərkəzinin İsrailin uçuş akademiyasına bənzər inşa ediləcəyini və İtaliyanın Leonardo şirkəti tərəfindən istehsal olunan 10 ədəd M-346 təlim təyyarəsi ilə təchiz ediləcəyini bildirib.

Elbit Yunanıstanın T-6 təyyarələrinin təkmilləşdirilməsi və istismarı üçün dəstlər tədarük edəcək, eyni zamanda təlim və maddi-texniki dəstək verəcək.

"Bu proqramın İsrail və Yunanıstanın imkanlarını artıracağına və iqtisadiyyatlarını gücləndirəcəyinə əminəm. Beləliklə, ölkələrimiz arasındakı tərəfdaşlıq müdafiə, iqtisadi və siyasi səviyyələrdə daha da dərinləşəcək" - deyə, İsrailin Müdafiə naziri Benni Qantz bildirib.

Bu açıqlama cümə günü Kiprdə Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Kipr və İsrailin xarici işlər nazirləri arasında əməkdaşlığın dərinləşdirilməsinə dair görüşdən sonra verilib.

İsrail ordusunun bildirdiyinə görə, aprelin 18-də İsrail və Yunanıstan hərbi hava qüvvələrinin ortaq təlimləri başlayıb.

Mənbə: www.amerikaninsesi.org