Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar ehtimalına cavab

Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar ehtimalına cavab

“Avropa İttifaqı hazırda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşmır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Aİ Şurasının qeyri-rəsmi onlayn iclasında deyib.

“Hazırda yeni sanksiyalar istiqamətində hər hansı hərəkətlilik yoxdur”.

Jurnalistlərin Donbasdakı vəziyyətin kəskinləşməsinə və Çexiya tərəfindən rus diplomatların qovulmasına görə Moskvaya qarşı mümkün yeni sanksiyalarla bağlı suallarına Borrel cavab olaraq bildirib ki, bütün bu məsələlər nazirlərin iclasında müzakirə edildi, ancaq heç kəs yeni sanksiya məsələsini qaldırmadı.

Mənbə: qafqazinfo.az