ABŞ Prezidenti ölkəyə qaçqınların qəbulu limitini artırmamağı qərara alıb

ABŞ Prezidenti Co Bayden Donald Trampın prezidentliyi dövründə müəyyən edilən tarixən ən aşağı həddə (15000 nəfər) qaçqınların ABŞ-a qəbulunu məhdudlaşdıran fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bayden cari ilin sonunadək qaçqınların sayına qəti məhdudiyyəti mayın 15-dək müəyyən edəcək. Qaçqınların qəbulunun sayının 15 minədək məhdudlaşdırması barədə Baydenin fərmanı hüquq-mühafizə təşkilatlarını təəccübləndirib. Onlar istəyirdilər ki, demokrat prezident Bayden dövlət rəhbərliyində miqrasiyanın məhdudlaşdırılması vasitəsi kimi bu rəqəmi müəyyən etmiş respublikaçı Trampın qaçqınlara münasibətdə siyasətini dərhal dəyişsin.

Qaçqınların qəbulu proqramı miqrantlar üçün sığınacaq sistemindən fərqlənir. ABŞ sərhədinə gələn və daha sonra sığınacaq istəyən miqrantlardan fərqli olaraq, qaçqınlar hələ sərhəd xaricində olarkən yoxlamadan keçməli və ABŞ-a giriş üçün icazə almalıdırlar.

Bayden yanvar ayında bildirmişdi ki, sentyabrın 30-da başa çatacaq 2021-ci maliyyə ili üçün bu limiti artırmağı planlaşdırır. Prezidentin bu məsələyə ehtiyatlı yanaşması, görünür, ABŞ və Meksika sərhədinə gələn miqrantların sayının artdığı şəraitdə son aylar çox sayda qaçqının mümkün qəbulu ilə bağlı narahatlıqla, həmçinin olduqca açıq və ya mülayim görünməmək arzusu ilə bağlıdır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Xaçmaz rayonunda jurnalistin məhkəməsi davam etdirilib

SONRAKI XƏBƏR

Tehranda mebel sexində yanğın olub, 6 nəfər ölüb, 3 nəfər yaralanıb