Rəsmən təsdiqləndi: Rusiyaya yeni sanksiyalar olacaq?

Rəsmən təsdiqləndi: Rusiyaya yeni sanksiyalar olacaq?

Avropa Birliyi hazırda Rusiyaya qarşı yeni sanksiyalar hazırlamır.

ONN media xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell çıxış edib.

Borrell Donbasdakı gərginlik və Rusiyanın çex səfirləri qovmasının nazirlərin toplantısında müzakirə edildiyini və heç kimin sanksiya tərəfdarı olmadığını vurğulayıb.

Eyni zamanda, Borrell bildirib ki, Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlər düzəlməyib, gərginlik müxtəlif istiqamətlərdə artıb.

Qeyd edək ki, aprelin 16-da yayılan məlumatda da AB-nin Rusiyaya qarşı yeni sanksiya hazırlamadığı xəbəri yayılmışdı.

Mənbə: onn.az