ABŞ Əfqanıstandakı qoşunları geri çəkmədən öncə onların sayını artıra bilər

ABŞ Əfqanıstandakı qoşunları geri çəkmədən öncə onların sayını artıra bilər

ABŞ qoşunlarının Əfqanıstandan tam təhlükəsiz və nizamlı geri çəkilməsini təmin etmək üçün oradakı hərbi qulluqçularının sayını artırmaq niyyətindədir.
Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi məlumat verib.

Kirbi Əfqanıstandakı hərbi qulluqçuların sayının artırılmasının mahiyyəti barədə ətraflı danışmayıb.

“Bu gün tam olaraq nəyin necə olacağını deyə bilmərəm. Ancaq çıxdığımızda, bəzi logistik köməyə ehtiyacınız ola biləcəyini düşünmək məntiqlidir”, - deyə o qeyd edib.

ABŞ prezidenti Co Bayden həftənin əvvəlində xalqa müraciəti zamanı hər il milyardlarla dollar vəsaitə başa gələn minlərlə hərbi qullquçunun yalnız bir ölkədə cəmləşməsinin onun üçün “mənasız” olduğunu bildirib. O, ABŞ qoşunlarının 11 sentyabr tarixinə Əfqanıstandan çıxarılacağını qeyd edib.

Sevinc Əliyeva

Mənbə: ordu.az