ABŞ və Çin təcili olaraq əməkdaşlıq barədə razılığa gəldilər

ABŞ və Çin təcili olaraq əməkdaşlıq barədə razılığa gəldilər

Ən böyük karbon emissiyaları olan ABŞ və Çin iqlim dəyişikliyini təcili olaraq cilovlamaq üçün birlikdə çalışmaq barədə razılığa gəliblər.

Virtualaz.org bildirir ki, məlumatı rəsmi mənbələrə istinadən CBS News yayıb.

Razılaşma ABŞ-ın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri və onun Çindən olan həmkarı Ce Çjenhua arasında Şanxayda aparılan iki günlük danışıqlar zamanı əldə edilib.

Çin dünyanın ən böyük kömür istehlakçısıdır, onu ABŞ təqib edir. Həddindən artıq istehlak karbon emissiyalarına gətirib çıxarır ki, bu da planeti güclü şəkildə qızdırır və iqlim dəyişikliyinə səbəb olur.

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası daha əvvəl atmosferə buraxılan emissiyaları 30 il ərzində radikal şəkildə azaltmağa söz verib. Həmçinin, ABŞ rəsmi olaraq Paris İqlim müqaviləsinə qayıdıb.

Mənbə: virtualaz.org