“Uçurumun kənarındayıq” - BMT baş katibi

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2020-ci ilin indiyədək qeydə alınan ən isti üç ildən biri olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi yavaşlama belə iqlim dəyişikliyi və onun təsirlərini dayandırmağa nail olmayıb.

Bundan başqa, qasırğa, isti hava dalğaları, sel və meşə yanğınları kimi iqlim hadisələri dünya miqyasında ən yüksək səviyyələrə çatıb.

WMO-nun hesabatının açıqlanmasından sonra mətbuat konfransı keçirən BMT baş katibi Antonio Quterreş “Uçurumun kənarındayıq” xəbərdarlığı edib.

O bildirib ki, 2020-ci il sənaye öncəsi dönəmə görə 1,2 santiqrat dərəcə daha isti olub.

Qlobal istiləşmənin sabit qalması və karbon yayılmasının 2050-ci ilə qədər sıfıra endirilə bilməsi üçün hökumətlərə “iddialı planlar” təqdim etmələri üçün çağırış edən Quterreş iqlim böhranı ilə mübarizədə bu ili hərəkət ili adlandırıb:

“Paris İqlim Sazişi hədəflərinin təmin olunması üçün zaman sürətlə azalır. İqlim dəyişikliyi qida təhlükəsizliyini də təhdid edir.

İqlim dəyişikliyi ilə mübarizə və yaşıl iqtisadiyyata keçid isə 25 milyon iş yeri yaradacaq”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

4-cü kurs tələbəsi intihar etdi

SONRAKI XƏBƏR

Rusiya bu zonalara desant çıxara bilər - Admiral