Ölkələrin Rusiyaya qarşı sanksiyaları (VİDEO)

"Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında yaranan geosiyasi qarşıdurmanın bu gün Şərqi Avropa, Baltikyanı və Qara Dəniz ölkələrində də davam etməsi fonunda rusiyalı diplomatların təmsil olunduqları ölkələrdən geri çağırılması ciddi siyasi böhrandan xəbər verir”.

Bunu politoloq Zaur Məmmədov REAL-a açıqlamasında bildirdi. Çexiya Rusiya Federasiyasının 10 rusiyalı diplomatının ölkəsindən çıxarılması barədə 48 saat vaxt verib. Slovakiya da Çexiyanın bu addımına açıq-aşkar dəstək verib. Arınca Polşa da Rusiyanın Varşavadakı səfirliyinin 3 diplomatının ölkədən çıxarılmasına dair qərar qəbul edib. Rəsmi Varşava rus diplomatların diplomatik statuslarını pozduqlarına və Polşaya qarşı ziyanlı fəaliyyətda olduqlarına görə arzuolunmaz şəxs siyahısına salıb. Səbəb isə sadədir. Politoloqun sözlərinə görə, Rusiayaya qarşı yönələn diplomat sanksiyalarının kökündə Ukrayna və Navani faktoru dayanır.

Amerika Birləşmiş Ştatları isə Rusiyaya sanksiyaların tətbiq olunmasında daha iddialıdır. Bu, Birləşmiş Ştatların keçmiş prrezidenti Donald Trampın hakimiyyəti dövrlərində br az yumşaq görünürdüsə, indi əksinə, rəsmi Moskva daha çox hədəfddir.

Bundan başqa, Kanada və Aİ ölkələri ilə yanaşı, bir neçə dövlət də rus doplomatlarını ərazisindən çıxarır. Ümumilikdə 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir. Böyük Britaniya bu ay 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Rusiya diplomatlarını ölkəsindən çıxaran ölkəkərə Rusiyanın da cavabı özünü çox gözlətmədi. Rəsmi Mockva da analoji addımı atdı. Amma Kremlin bu istiqamətrdə manevr imkanlarını politoloqlar nisbətən zəif hesab edirlər.

Qeyd edək ki, diplomatların ölkədən qovulması praktikası 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına uyğun həyata keçirilir. Ölkə ərazisində xarici diplomatın arzuolunmaz şəxs elan olunması 2 səbəbə görə - diplomatik toxunulmazlıq altında casus kimi fəaliyyət göstərməsi və ya fəaliyyətdə olduğu ölkədə cinayət törətdiyi zaman baş verir. Ölkədə “arzuolunmaz şəxs” elan olunduqdan sonra həmin diplomat ölkə ərazisini dərhal tərk etməlidir. Iks halda həbs oluna bilər.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

"Sadakatsız" izləyicilərinə pis xəbər

SONRAKI XƏBƏR

Rəşad Nəbiyev yeni vəzifəsi haqqında danışdı