Pentaqonun yeni hərbi büdcəni nəyə xərcləyəcək?- Əsas hədəf bu ölkədir...

Co Bayden administrasiyası ABŞ donanmasını gücləndirmək və Sakit Okeanı hərbiləşdirmək üçün Konqresdən pul istəyib. “Ağ Ev”-in təhlükəsizlik üçün ümumilikdə 753 milyard dollar xərcləməsi gözlənilir.

“AzPolitika.info” xəbər verir ki, bu vəsaitin hara yönəldiləcəyi barədə “RİA Novosti” araşdırma aparıb.

Araşdırmada ABŞ-ın əsas geosiyasi rəqibinin Çin olduğu üçün büdcənin də əsas hissəsinin ÇXR sərhədlərində Amerika ordusunun gücləndirilməsinə sərf olunacağı qeyd edilir: “Mart ayında Hindistan-Sakit Okean Silahlı Qüvvələri Komandanlığının (INDOPACOM) rəhbəri Admiral Filip Davidson ən az 27 milyard dollara ehtiyac duyulacağını söyləmişdi. Bölgədə hava hücumundan müdafiə sistemləri, kəşfiyyat mərkəzləri yerləşdirmək, raketlər, radarlar quraşdırmaq və müttəfiqlərlə təlimlər təşkil etmək lazımdır.”

“Ria Novosti” Pentaqonun büdcə vəsaitindən Filippin, Koreya və Yaponiyanı əhatə edən Sakit Okeanın qərb hissəsini daha da hərbiləşdirmək üçün istifadə edəcəyini qeyd edib.

 

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Qara dəniz və Krıma uçuşlar dayandırıldı: “Təhlükəli vəziyyət...”

SONRAKI XƏBƏR

Sarkisyan və Paşinyanın ardınca ABŞ səfiri də Zəngəzurda peyda oldu