Türkiyəli deputat AŞPA-nın erməni aqqresiyası və hücumlarını görməzdən gəldiyini deyib

"Biz AŞPA-da qeyri-obyektiv yanaşma görürük. Erməni aqqresiyası və sivillərə hücumları bu assambleyada görməzdən gəlinir".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Mehmet Mehdi Eker AŞPA-nın yaz sessiyasında erməni əsirlərlə bağlı gedən debat zamanı çıxışında deyib.

Deputat, Dağlıq Qarabağın 30 ildir ki, erməni işğalından əziyyət çəkdiyini, Ermənistanın qeyri-qanuni işğalı nəticəsində Azərbaycanın mədəni və tarixi irsi, ekologiyasının ciddi şəkildə zərər gördüyünü deyib. O, çıxışında Gəncə və Bərdədə ermənilər tərəfindən törədilən terror hadisələrini xatırladıb, yüzlərlə sivilin öldüyünü və yaralandığını da əlavə edib. Mehmet Eker, AŞPA-nı tərəfsiz olmağa çağırıb.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Sarkisyan və Paşinyanın ardınca ABŞ səfiri də Zəngəzurda peyda oldu

SONRAKI XƏBƏR

İsveçin Türkiyədəki səfiri Türkiyə XİN-ə çağırılıb