​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Zelenski bildirib ki, Qərb Ukraynanı maliyyə cəhətdən dəstəkləməyə hazırdır. Ukrayna rəhbəri eyni zamanda Avropanın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu vurğulayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Mançester Yunayted”in prezidenti istefa verdi

SONRAKI XƏBƏR

Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi