ABŞ-dan BƏƏ-yə "yaşıl işıq": Konqresə təqdim olunur

BƏƏ-yə F-35 təyyarələrinin və digər hərbi ləvazimatların satışı ilə əlaqədar sənəd ABŞ Konqresinə təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Katibliyinin adı açıqlanmayan rəsmi şəxslərindən biri məlumat verib.

O, bu gün məsələ ilə Konqresə danışıqlarla bağlı gündəliyin təqdim olunacağını və BƏƏ rəhbərliyi ilə də danışıqların davam etdiyini vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışına müvəqqəti qadağa qoymuşdu.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Ramazana 20 gün qalmış gah böyrəyini, gah ciyərini tutur ki...“

SONRAKI XƏBƏR

Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi