“Rusiyadakı səfirimiz yaxında geri qayıdacaq” - Ağ Ev

“Rusiya ilə son dönəmdə əlaqələrin pisləşməsindən sonra Vaşinqtona gələn ABŞ-ın Moskvadakı səfiri Con Sullivan yaxında Rusiyaya geri dönəcək”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ağ Ev sözçüsü Cen Psaki deyib.

C.Psakinin səfirin geri dönəcəyi ilə bağlı açıqlaması diqqət çəkib.

“Sullivanın buraya gəlməsinin səbəbi ailəsi ilə görüqşməkdir. Bir ildir onlardan uzaqdadır. Eyni zamanda, Bayden administrasiyasındakı yeni nümayəndələrlə də görüşəcək. yaxında Moskvaya qayıdacaq”, - o əlavə edib.

Ağ Ev sözçüsü Sullivanın Prezident Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələlik dövlət başçısının proqramında belə görüş yoxdur.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi

SONRAKI XƏBƏR

Buxağı həyatını xilas etdi - VİDEO