Van Ambarsumyan: “Azərbaycan bir neçə saata bütün Ermənistanı ala bilər” FAKT

Van Ambarsumyan: “Azərbaycan bir neçə saata bütün Ermənistanı ala bilər” FAKT

“Dağlıq Qarabağdakı 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin 90% hərbi texnikası məhv edilib”. SİA xəbər verir ki, bu barədə Dalma News-ə açıqlamasında erməni hərbi eksperti Van Ambarsumyan deyib.

Ambarsumyan etiraf edib ki, hərbi gücünü itirən Ermənistan bundan sonra baş verə biləcək istənilən təhlükənin qarşısını almaq potensialını itirib.

“Təəssüf ki, Ermənistanın silahlı qüvvələri bu gün bizim təhlükəsizliyimizi qorumaq imkanına malik deyil”, bildirən hərbi ekspert əlavə edib ki, əgər bu gün ölkə hələ də yaşayırsa, buna görə Rusiyaya minnətdar olmalıdır.

“Ermənistan Rusiyanın hesabına öz mövcudluğunu saxlayıb. Əgər Rusiya olmasaydı, Azərbaycan bir neçə saata bütün Ermənistanı ala bilərdi”, Van Ambarsumyan etiraf edib.

Mənbə: sia.az