"Həşd Şabi" İŞİD qalıqlarına qarşı yeni əməliyyata başladı

"Həşd Şabi" İŞİD qalıqlarına qarşı yeni əməliyyata başladı

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Həşd Şabi" qüvvələrinin ölkənin müxtəlif bölgələrində terror təşkilatı İŞİD-in qalıqlarına qarşı əməliyyatları davam edir.

"Həşd Şabi" qüvvələrinin İŞİD-in qalıqlarına qarşı yeni bir əməliyyat keçirdiyi bildirilib.

Əməliyyatın Samirra şəhərinin cənubunda keçirildiyi açıqlanıb.

"Həşd Şabi" təhlükəsizlik rəsmiləri bu əməliyyatın əsas məqsədinin İŞİD-in cənubdakı gizli mərkəzlərini müəyyənləşdirmək və izləmək olduğunu qeyd ediblər.

Mənbə: eastnews.org