ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət elan olundu

 

ABŞ-da Arizona ştatının qubernatoru Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib.

Eyni zamanda, onun göstərişi ilə milli qvardiya əsgərləri həmin əraziyə göndərilib.

Bu barədə Daq Dyusi “Twitter”də yazıb.

Co Bayden administrasiyasının hakimiyyətə gəlməsi ilə ABŞ sərhədini qanunsuz keçməyə çalışan miqrantların sayı xeyli artıb. KİV sərhəddəki böhrandan danışır.

Daha əvvəl ABŞ Milli Təhlükəsizlik Departamentindən bildirilib ki, ölkə son 20 il ərzində Mərkəzi Amerikadan gələn qanunsuz miqrantların rekord sayda gəlişi üçün hazır olmalıdır.

Ölkənin cənub-qərb sərhədində vəziyyət çətindir.

Mənbə: www.oxu.az