Erməni polkovnik: "Ordunu dağıtmaq üçün üç aylıq xidmətdən daha effektiv forma yoxdur"

Erməni polkovnik: "Ordunu dağıtmaq üçün üç aylıq xidmətdən daha effektiv forma yoxdur"

 

Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 17-də Ermənistanın Vayots Dzor vilayətinə səfəri zamanı növbəti qalmaqallı bəyanatını verib və deyib ki, ordudakı xidməti cəlbedici etmək və müddəti qısaltmaq lazımdır. Ehtiyatda olan erməni polkovnik Volodya Hovhannisyan bildirib ki, bu, ordunu dağıtmaq, Ermənistanın müdafiə qabiliyyətini məhv etmək üçün effektiv formadır.

"Yəni Nikol ordunun döyüş qabiliyyətini qoyur və azaldır, ümumiyyətlə ordu aradan qaldırılır", - deyə Hovhannisyan bildirib.

"Paşinyanın bəyanatı seçkiqabağı effektə sahib olacaq?" sualına Volodya Hovhannisyan belə cavab verib: "Tam əksinə".

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az