Paşinyanın səfərinin səbəbi: Sünikdə 2 versiya dolaşır

Paşinyanın səfərinin səbəbi: Sünikdə 2 versiya dolaşır

 

Nikol Paşinyanın tələsik və gözlənilməz bir səfərlə Sünikə gedib. Bildirilir ki, o, təxminən bir və ya bir saat yarım saatdan sonra Qafana çatacaq, bu zaman artıq qaranlıq olacaq. “Mənim addımım” fraksiyasının üzləri son dövrdə Sünikə gecə səfərləri edirlər ki, qəzəblənmiş süniklilərlə təmaslar zamanı problemləri olmasın.

“Hraparak” nəşri yazır ki, Paşinyanın gecə səfəri də bu sıradandır. Lakin bu səfər Sünikdə yeni həyəcan siqnallarına səbəb olub, insanlar narahatdırlar, bir-birlərinə zəng edirlər, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər.

“Bizə Sünikdən deyiblər ki, bu gizli səfərlə bağlı bir neçə versiya dolaşır. Ya Paşinyan gecə sərhəddə Azərbaycan nümayəndələri ilə görüşəcək və Meğri məsələsini müzakirə edəcək, ya da bir neçə selfi etməyə, görüşlər üçün imitasiya yaratmağa, seçkiqabağı təbliğat kampaniyası çərçivəsində guya Süniklə bağlı dövlət proqramları hazırladığını təqdim etməyə və gizli şəkildə gəldiyi kimi eyni şəkildə də vilayətdən qaçmağa gəlib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az