Erməni deputat: “Rus yüksək rütbəli hərbçilərdən biri Njdenin heykəlinin götürülməsi üzrə ən aktiv şəkildə işləyir”

“Arayik Harutyunyanın mətbuat katibi təkzib edib, özü ilə hələ görüşməmişəm, o da yəqin təkzib edəcək, lakin həm əhali, həm də bir neçə yüksək dərəcəli rəsmi ilə görüş zamanı dəqiq şəkildə əmin oldum ki, Njdenin büstünü sökmək üçün mayın 9-na qədər zaman verilmişdi”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müstəqil deputatı Sofya Hovsepyan deyib.

“Məhz Xocavənddə söz-söhbətlərdən aydınlaşdırdım ki, büstü sökməli və guya muzeyə aparmalıdırlar. Söz-söhbətlərdən vəziyyət belədir ki, alternativimiz yoxdur, yəni rusları icitməyəcəyik, deyilmi?”, - deyə o qeyd edib.

Hovsepyan deyib ki, rus yüksək rütbəli hərbçilərdən biri bu məsələ üzrə ən aktiv şəkildə işləyir.

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

İçərisində 53 nəfərin olduğu sualtı qayıq İndoneziya sahillərində yoxa çıxıb

SONRAKI XƏBƏR

“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək