Putin Belarusda planlaşdırılan çevrilişə cəhd barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin Belarusda planlaşdırılan dövlət çevrilişi barədə danışıb. APA-nın məlumatına görə, V. Putin bu gün Federal Məclisdə müraciətində bildirib ki, hər şey Belarusda real çevrilişə cəhdə aparırdı.

“Heç kim düşünmür ki, nə qədər insan bundan əziyyət çəkəcəkdi”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.

A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

15 SU-35 qırıcısı Morozovski bazasında: Putinin əmrini gözləyirlər

SONRAKI XƏBƏR

Türk TIR-ları ilə bağlı problem həllini tapır - "Haberturk"dən araşdırma