Erməni hərbi ekspert: "Hərbi çağırışlı ordudan imtina edə bilmərik, maliyyə və insan resursu problemi var"

Erməni hərbi ekspert: "Hərbi çağırışlı ordudan imtina edə bilmərik, maliyyə və insan resursu problemi var"

 

"Bəli, son Qarabağ müharibəsi ordumuzdakı problemləri aşkara çıxardı, lakin, təəssüf ki, bu problemlərin böyük hissəsi bizim üçün yeni deyildi və bu problemlərdən bir çoxları tərəfimizdən dəfələrlə qaldırılmışdı, sadəcə olaraq lazımi həlli almırdı". Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Mher Hakobyan deyib.

"İndi biz peşəkar ordu deyimi altında şərti olaraq yetkin kişilərin işə getdiyi və pul qazandığı polis kimi bir struktur başa düşürüksə, mən bunun real olmadığını düşünürəm, çünki birincisi, büdcəmizdə bu qədər pul yoxdur və ikincisi, insan resursu problemimiz var. Çox yaxşı pul təklif olunması, lakin xidmət edəcək bu qədər insanın tapılmaması mümkündür", - deyə Hakobyan qeyd edib.

Erməni ekspertin sözlərinə görə, mexanizmlərə də sahib olmaq lazımdır ki, erməni əsgər hazırkı formada sərhəddə dayansın, lakin bu, mürəkkəb məsələdir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az