Ermənistanın kağız generalları və ordunun süqutu

 

“Nikol baş nazir olan kimi ordunu kağıza çevirdi. Döyüş yox, kağız yandırma qurumuna çevrildi. Generallar da belə oldu”. Ordu.az xəbər verir ki, bu erməni mətbuatında dərc olunan məqalələrin birində qeyd olunub.

“Müharibə zamanı Nikol hərbçilərə rütbələr və medallar verirdi. Beləliklə, Qarabağı təhvil vermək məsələsində onların sadiqliyini satın almağa çalışırdı.

Ermənilər nə qədər çox geri çəkilib əraziləri təhvil verirdilərsə, Nikol onları bir o qədər çox həvəsləndirirdi, onları general edirdi, mükafatlandırırdı. Çünki əraziləri təhvil verənlər İlham Əliyevin ortağının daxili istəklərini düzgün başa düşmüşdülər.

Müharibə təslim olmaqla biabırçı məğlubiyyətlə başa çatdı. Nikol, Anna Hakopyanın “onlar boş yerə ölüblər” sözlərinin təsdiqlənməsi üçün minlərlə insanı qurban verdi.

Nikol, Ermənistanın üzərinə işıq gəldiyini söyləmək üçün minlərlə insanı qurban verdi, çünki indi Türkiyəyə açıq bir yol əldə edəcəyik və ucuz qarışıq göyərti yeyəcəyik.

Nikol 9 noyabr 2020-ci il tarixindən sonra, deşiyə daha doğrusu, hərbçilərin arxasına girmişdi. Qasparyan onu qoruyub saxladı, lakin aylar sonra Nikolun istefasını tələb etdi. Qərargah generalları istefa tələbinə qoşuldular. Ancaq tələbləri kağızdan kənara çıxmadı və sonunda ayaq üstə alqışla nəticələndi.

İndi Nikol ordunun son məhv edilməsi və ləğvi prosesinə başlaib. O, onun müştəriləri, maskalanmış düşükləri, sırt çantası daşıyıcıları, kuklaları “diş texnikləri” müharibədə Ermənistan ordu komandanlarını və generallarını günahkar təyin etməyə başlayıblar. Deyirlər ki, Nikol və onun Qarabağdan olan klonu Arayikin nə günahı var? Baş verənlər generalların günahıdır. Bunlar “Nikolun nə günahı var, müharibə və məğlubiyyət onun başında çatladı?” deyə poğoslar üçün icad olunan hekayənin davam etdirilməsi üçün edilir.

Bütün bunlara hökumətin ordunu ləğv etmək planının geniş təbliğ olunduğunu və dövlət idealoğiyasının alçaldıldığını da əlavə etsək, o halda mənzərə tamamlanmış olar.

Bu səbəbdən siyasi mübarizə ontoloji xarakter daşıyır. Nikol və Ermənistan bir-birinə uyğun gəlmir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Dəm qazından ölən Ləmanın tanışı DANIŞDI: "O videodan sonra..."- VİDEO

SONRAKI XƏBƏR

Yunanıstan və Səudiyyə “Patriot” HHM sistemləri ilə bağlı müqavilə imzalayıb