Yunanıstan və Səudiyyə “Patriot” HHM sistemləri ilə bağlı müqavilə imzalayıb

Yunanıstan və Səudiyyə “Patriot” HHM sistemləri ilə bağlı müqavilə imzalayıb

 

Yunanistan Xarici İşlər naziri Nikos Dendias və Müdafiə naziri Nikos Panaqiotopolos Riyadda Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərheyn ilə görüşüb. Ordu.az xəbər verir ki, bu barədə Yunanistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər arasında Yunanistanın “Patriot” HHM sistemlərinin Səudiyyə Ərəbistanına icarəyə verilməsi barədə müqavilə imzalanıb.

Məlumata görə, ABŞ istehsalı olan “Patriot” sistemi krallıqdakı kritik enerji obyektlərini qorumaq üçün istifadə ediləcək.

Səudiyyə Ərəbistanı bir müddətdir Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus MIM-104 “Patriot” HHM sistemlərini icarəyə götürməyə çalışır. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı kirayəyə götürülən sistemin nəqliyyat, təmir və yeniləmə xərclərini qarşılamağı öz üzərinə götürəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az