Ermənistanda uğursuz Lələtəpə əməliyyatı ilə bağlı cinayət işi açılmayıb

Ermənistanda uğursuz Lələtəpə əməliyyatı ilə bağlı cinayət işi açılmayıb

Müharibə zamanı erməni tərəfinə böyük ziyan vurmuş, yüzlərlə erməninin ölümünə səbəb olmuş uğursuz Lələtəpə əməliyyatı ilə bağlı cinayət işi açılmayıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prokurorluğundan erməni jurnalistlərin sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bu barədə məlumatlar Ermənistan Milli Təhlükəsizlik Xidmətində araşdırılan başqa cinayət işi çərçivəsində istintaq mövzusu olacaq.

Xatırladaq ki, Ermənistanın “Nəsillər üçün həqiqətə” təşəbbüsü tərəfindən uğursuz Lələtəpə əməliyyatı ilə bağlı araşdırma aparılır.

Erməni politoloq Qeğam Nazaryan bildirib ki, ən yumşaq qiymətləndirmələrə görə, təkcə bu əməliyyat zamanı erməni tərəfi 650 canlı itki verib, 44 tankdan 42-si döyüş sahəsində tərk edilib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az